Ceraldın oyunu (film)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ceraldın oyunu
ing. Gerald's Game
Janr triller filmi, qorxu filmi, roman ekranlaşdırması[d]
Əsas mövzu Uşaqların cinsi istismarı
Rejissor Mayk Flanaq
Prodüser Trevor Meysi
Ssenari müəllifləri Roman:
Stiven Kinq
Ssenari:
Ceff Hovard
Mayk Flanaq
Əsaslanır Ceraldın oyunu
Baş rolda
Operator Maykl Fimonyari
Bəstəkar Nyuton qardaşları
Distribütor Netflix
İlk baxış tarixi 2017
Müddət 103 dəq.
Ölkə
Dil ingilis dili
IMDb ID3748172

Ceraldın oyunu (ing. Gerald's Game) — 2017-ci ildə rejissor Mayk Flanaqan tərəfindən çəkilmiş və Flanaqan ilə Ceff Hovard tərəfindən müştərək formada süjet xətti yazılmış psixoloji qorxu triller filmidir. Film Stiven Kinqin 1992-ci ildə qələmə aldığı eyniadlı romanı əsasında çəkilmişdir və uzun müddət bu filmin ekranlaşdırılması qeyri-mümkün hesab edilmişdir.[1] Karla Qucino və Brus Qrinvud öz tətilləri üçün şəhərdən uzaqda olan gizli bir evə getmiş evli cütlüyü canlandırırlar.[2] Əri qəfil infarktdan öldükdən sonra, yanında açarları olmayan və xilas olmaq ümidi az olan əli çarpayıya qandallanmış qadın daxilindəki şeytanlarla mübarizə apararaq sağ qalmağın yolunu tapmağa çalışır.

Ceraldın oyunu filminin dünya premyerası 19 sentyabr 2017-ci ildə BFI Southbank-da baş tutmuş və Netflix tərəfindən 29 sentyabr 2017-ci ildə yayımlanmışdır. Film Quqinonun performansını yüksək qiymətləndirən tənqidçilərdən çox müsbət rəylər almışdır. Flanaqanın rejissorluğu, filmin mövzuları və işlənmə dərəcəsi də xüsusilə seçilmişdir. Filmin Rusiyada premyerası 28 sentyabr 2017-ci ildə baş tutmuşdur.[3]

  1. "How director Mike Flanagan made Stephen King's 'unfilmable' book into a film". The Independent. 28 Eylül 2017. 28 Eylül 2017 tarixində arxivləşdirilib.
  2. "Игра Джеральда, 2018". 2020-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-11.
  3. "Зловещий трейлер фильма «Игра Джеральда» по роману Стивена Кинга". 2017-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-11.