Şahdağ (Gədəbəy)
Şahdağ | |
---|---|
40°32′47″ şm. e. 45°35′03″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Şahdağ (əvvəlki adı: Şurakənd) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Şurakənd kənd inzibati ərazi dairəsi tərkibindəki Şurakənd kəndi Şahdağ kəndi, Şurakənd kənd inzibati ərazi dairəsi Şahdağ kənd inzibati ərazi dairəsi adlandırılmışdır.[1]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Gədəbəy rayonunun Çobankənd i.ə.v.-də kənd. Yaşayış məntəqəsini 1920-ci illərdə qonşu Əyrivəng kəndindən köçmüş ailələr Təzə Əyrivəng adı ilə salmışlar. 1928-ci ildə Azərbaycanda sovet (şura) hakimiyyətinin qurulması şərəfinə Şurakənd adlandırılmışdır. Yerli əhali arasında Sovetabad adı ilə tanınmışdır.[2] Kəndin əvvəlki adı olan Şurakənd sovet dövründə qoyulmuş, rus dilindəki "sovet" sözünün Azərbaycan dilinə "şura" şəklində tərcümə edilməsi ilə əmələ gəlmişdi. Kəndin adı rəsmi olaraq 1 sentyabr 2004-cü ildə Şahdağ şəklində dəyişdirilmişdir. Gədəbəy rayonunda "Şurakənd" adında bir başqa kənd də mövcud olmuşdur və həmin kəndin də adı 1 sentyabr 2004-cü ildə dəyişdirilərək Günəşli adlandırılmışdır.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd dağətəyi ərazidə yerləşir.[3]
Əhalisi
[redaktə | mənbəni redaktə et]2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1084 nəfər əhali yaşayır.[4]
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
- ↑ Şahdağ (Gədəbəy) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Şahdağ (Gədəbəy) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]
Gədəbəy rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |